Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 16 avqust 2010 07:15 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri avqustun 15-də saat 10.40-dan 11.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.15-dən 14.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.50-dən 23.05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 16-da saat 04.00-dan 04.25-dək isə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR