Əfqanıstanda 4 Gürcüstan hərbçisi həlak olub

Əfqanıstanda 4 Gürcüstan hərbçisi həlak olub
# 01 oktyabr 2010 12:08 (UTC +04:00)
APA-nın Gürcüstan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həlak olanlardan biri polkovnik rütbəli zabit Ramaz Qoiqaşvilidir. Digər həlak olanlar isə serjant David Tsetsxaladze, kaprallar Giorgi Kolxitaşvili və Nuqzar Kalandadzedir.

«Nazirliyə daxil olan məlumatlara görə, hərbçilər mərmi partlayışı nəticəsində həlak olublar», - deyə nazirliyin məlumatında bildirilib.

Qeyd edək ki, hazırda İSAF-ın strukturunda 900 nəfərlik Gürcüstan kontingenti xidmət edir. Gürcü kontingentinin bir bölüyü Kabildə, bir taboru isə Hilmənd vilayətində yerləşir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR