Azərbaycan müdafiə sənayesi naziri İran müdafiə nazirini qəbul edib

Azərbaycan müdafiə sənayesi naziri İran müdafiə nazirini qəbul edib
# 12 oktyabr 2010 08:28 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Azərbaycanın hər bir sahədə inkişafı bizi sevindirir. İran hərbi sahədə öz təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır”. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sözləri Azərbaycanda səfərdə olan İranın müdafiə naziri Əhməd Vəhidi deyib. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşən Ə. Vəhidi bildirib ki, İran müdafiə sənayesində, xüsusilə də müdafiə texnologiyasına aid olan sahədə öz ehtiyaclarını təmin edir: “Bölgə ölkələrinin müdafiə sənayesi sahəsində inkişaf etməsi kənar qüvvələrin bu bölgədə nüfuzunu azaldar. Eləcə də bölgəyə sülh və sabitlik gətirər”.

Ə. Vəhidinin sözlərinə görə, İran hərbi sahədə öz təcrübələrini bölgə ölkələri, xüsusilə Azərbaycanla bölüşməyə hazırdır.

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov isə bəyan edib ki, İran-Azərbaycan münasibətləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədədir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR