«Bozena» markalı robot maşınlarında partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem quraşdırılıb - FOTO

«Bozena» markalı robot maşınlarında partlamamış hərbi sursatları qazıb götürmək üçün xüsusi sistem quraşdırılıb - <font color=red>FOTO</font>
# 15 oktyabr 2010 12:41 (UTC +04:00)
Bu barədə APA-ya «Bozena»nın ofisindən məlumat verilib.

Bu sistem vasitəsilə robot maşın ərazini qaza, yerin dərinliyində və üzərindəki müxtəlif təyinatlı təhlükəli sursatları götürə bilər. Sistem çöl şəraitində istehkamların qurulması, səngərlərin qazılması üçün də effektivdir.

Sistemin üzərinə operatorların prosesi izləməsi üçün 3 müşahidə kamerası qurulub. Kameralar videosiqnalları 1000 metr məsafədə kontaktsız şəkildə ötürə bilir.

Qeyd edək ki, hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) minatəmizləmə əməliyyatlarında «Bozena» maşınlarından ən çox istifadə edən qurumlardandır. Agentliyin istifadəsində 2 ədəd «Bozena-5» və 3 ədəd «Bozena-4» maşını var.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR