Azərbaycan nümayəndə heyəti kasetli silahlar və piyadalar əleyhinə minaların qadağan olunmasına həsr olunmuş konfranslarda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti kasetli silahlar və piyadalar əleyhinə minaların qadağan olunmasına həsr olunmuş konfranslarda iştirak edəcək
# 18 oktyabr 2010 14:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan nümayəndə heyəti kasetli silahlar və piyadalar əleyhinə minaların qadağan olunmasına həsr olunmuş iki konfransda iştirak edəcək. Bu barədə APA-ya «Minalar Əleyhinə Kampaniya» İctimai Birliyinin (AzCBL) direktoru Hafiz Səfixanov məlumat verib.

H. Səfixanov bildirib ki, təmsil etdiyi təşkilat və Azərbaycan hökuməti noyabrın 9-dan 12-dək Laosda keçiriləcək BMT-nin Kasetli silahlara qarşı Konvensiyası üzrə birinci illik konfransa dəvət olunub. Konfransın QHT-lər seksiyasında AzCBL rəhbərinin çıxışı və ikitərəfli görüşləri planlaşdırılır. Digər tədbir isə noyabrın 29-dan dekabrın 3-dək Cenevrədə keçiriləcək Ottava Konvensiyasına həsr olunmuş illik konfransdır. Bu tədbirə Azərbaycanın müxtəlif hökumət strukturlarından da nümayəndələrin qatılacağı gözlənilir. Artıq AzCBL Azərbaycanda minalar və kasetli silahlarla bağlı vəziyyətə dair hesabatını təqdim edib. Gələn ay bununla bağlı dünyanın hər yerində və Azərbaycanda kampaniyanın keçirilməsi planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR