ANAMA Ağdamda 70 kəhrizi döyüş sursatından təmizləyəcək

ANAMA Ağdamda 70 kəhrizi döyüş sursatından təmizləyəcək
# 03 yanvar 2011 08:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində içərisində döyüş sursatlarının olduğu ehtimal olunun 70-dən artıq kəhriz quyusu təmizlənəcək. Bu barədə APA-ya ANAMA-nın Əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.

Ötən ilin sonlarında kəhrizlərin təmizlənməsi əməliyyatlarına başladıqlarını deyən A. Aslanovun sözlərinə görə, artıq bir neçə quyuda əməliyyatlar davam etdirilir: “Bu quyulara döyüş sursatları ərazilər işğalda olarkən, yaxud da döyüş əməliyyatları dövründə atılıb. Əhali bu kəhrizlərin suyundan istifadə edir. Döyüş sursatlarının orada qalması gələcəkdə quyular təmizlənərkən bədbəxt hadisələrə səbəb ola bilər”.

ANAMA nümayəndəsinin sözlərinə görə, kəhriz quyularının döyüş sursatlarından təmizlənməsi dünyada ilk dəfədir aparılır. Bunun üçün ANAMA tərəfindən ayrıca qrup yaradılıb. Həmin qrupun mütəxəssislərinə bununla bağlı xüsusi təlimlər keçirilib və sualtı əməliyyatlar üçün zəruri olan detektorlar, tripod və digər avadanlıqlarla təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR