Azərbaycan Qızıl Aypara Cəmiyyəti mina və partlamamış hərbi sursat riskli bir neçə kənddə uşaqlar üçün Təhlükəsiz Oyun Meydançaları yaradacaq

Azərbaycan Qızıl Aypara Cəmiyyəti mina və partlamamış hərbi sursat riskli bir neçə kənddə uşaqlar üçün Təhlükəsiz Oyun Meydançaları yaradacaq
# 05 yanvar 2011 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bu il Silahlara Qarşı Mübarizə Proqramı çərçivəsində mina və partlamamış hərbi sursat (PHS) riskli bir neçə kənddə uşaqlar üçün Təhlükəsiz Oyun Meydançaları yaradacaq. Bu barədə APA-ya AzQAC-dan məlumat verilib.

Ötən il proqram çərçivəsində «Trans Global LTD» şirkətinin maliyyə dəstəyi ilə 1, Almaniya Qızıl Xaç Cəmiyyətinin maliyyə dəstəyi ilə 7 kənddə belə meydançalalar yaradılaraq istifadəyə verilib.

Mina Qurbanlarına Yardım strategiyasına uyğun olaraq 2010-cu ildə BQXK-nin maliyyə dəstəyi ilə Qazax rayonundan 6, Ağstafa rayonundan isə 7 ailəyə “Mina/PHS partlaması nəticəsində ailə başçısını itirmiş ailələrə sosial dayaq” layihəsi çərçivəsində iri buynuzlu ev heyvanları və onların bir illik müddətə yemi verilib. Anoloji layihənin bu il də davam etdiriliməsi və donorların iştirakı ilə layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR