ABŞ hərbi xərcləri 78 milyard dollar ixtisar edəcək

ABŞ hərbi xərcləri 78 milyard dollar ixtisar edəcək
# 07 yanvar 2011 10:09 (UTC +04:00)
Hərbi xərclər 5 il ərzində tədricən azaldılacaq. 2012-ci ildə ABŞ-ın hərbi büdcəsi xaricdə keçirilən hərbi əməliyyatlar üçün xərcləri nəzərə almadan 553 milyard dollar təşkil edəcək. Bu isə bir il əvvəlki göstəricidən 3 faiz artıqdır. Pentaqon paralel olaraq inzibati xərcləri ixtisar etmək və struktur dəyişiklikləri aparmaq niyyətindədir. Bu çərçivədə 100-dən artıq general vəzifəsi və 200-dən artıq mülki vəzifə ləğv olunacaq. İxtisarlar özünü doğrultmayan bir neçə müdafiə proqramlarını da əhatə edəcək. Xatırladaq ki, 2010-cu ildə ABŞ-ın hərbi büdcəsi xaricdəki hərbi əməliyyatlara ayrılan vəsaitlə birlikdə 636 milyard dollar təşkil edib. 2011-ci il üçün isə hərbi xərclər üçün 667,7 milyard dollar ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR