Azərbaycan Ukraynadan MT-LBMŞ çoxməqsədli tırtıllı zirehli nəqliyyat vasitələri ala bilər

Azərbaycan Ukraynadan MT-LBMŞ çoxməqsədli tırtıllı zirehli nəqliyyat vasitələri ala bilər
# 07 yanvar 2011 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Ukraynanın bazara yeni təqdim etdiyi MT-LBMŞ çoxməqsədli tırtıllı zirehli nəqliyyat vasitələrinin alınmasına marağını ifadə edib. Bu barədə APA-ya Ukraynadakı hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, Ukrayna hərbi sənaye kompleksinin nümunələrinin alqı-satqısını həyata keçirən «Ukrspetseksport» şirkəti ötən ilin sonlarında Azərbaycan Silahlı Qüvvələri üçün bu döyüş maşını da daxil olmaqla bir neçə yeni texnikanın təqdimatını keçirib.

MT-LB maşınlarının yeniləşdirilmiş variantı olan MT-LBMŞ bir neçə silahla - PKT pulemyotu, Ukrayna istehsalı olan 2 lüləli 30 mm çaplı silah, 30 mm çaplı avtomatik qumbaraatanla silahlandırılıb. Döyüş maşını həmçinin iki dəst 81 mm çaplı tüstü qumbaraatanı, tank əleyhinə idarə olunan raketlə də təchiz olunur.

Döyüş çəkisi 12,5 ton olan MT-LBMŞ desant əməliyyatları üçün effektiv hesab olunur, eyni zamanda suda üzmə qabiliyyətinə malikdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR