Azərbaycan hərbi prokurorunun müavini: “Qəbələ RLS-də xidmət edən rusiyalı zabitin qətli hələ açılmayıb” - EKSKLÜZİV

Azərbaycan hərbi prokurorunun müavini: “Qəbələ RLS-də xidmət edən rusiyalı zabitin qətli hələ açılmayıb” - <font color=red>EKSKLÜZİV</font>
# 10 yanvar 2011 14:36 (UTC +04:00)
O qeyd edib ki, məlum cinayət hadisə ilə bağlı hələlik heç kim məsuliyyətə cəlb edilməyib: “Məlum cinayət işi hələlik bağlı olaraq qalır. İş üzrə saxlanılan yoxdur”.

Qeyd edək ki, məlum qətl hadisəsi 2010-cu il dekabrın 31-də - Yeni il gecəsi törədilib. Qəbələ RLS-də xidmət edən bir qrup zabit Yeni ili qeyd etmək üçün mayor Sergey Mixayloviç Qraçovun hərbi şəhərcikdəki evinə toplaşıb. Qonaqlar yeyib-içdikdən sonra hələlik istintaqa məlum olmayan səbəbdən ev sahibi ilə aralarında dava düşüb. Nəticədə zabitlər S. Qraçovu öldürərək evdə olan pul və qızıl-zinət əşyaları götürüb hadisə yerini tərk ediblər. Hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat isə yanvarın 2-də daxil olub. S. Qraçovun yaşadığı mənzilə gələn əməliyyatçılar onun meyitini başı kəsilmiş vəziyyətdə aşkarlayıblar.

Araşdırmalar zamanı o da məlum olub ki, S. Qraçov bir neçə ilə əvvəl ailəsindən ayrılıb. İki uşaq atası olan zabit bir ildən çoxdur, tək yaşayırmış.

Hadisə barədə dərhal Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və Rusiya Müdafiə Nazirliyinə məlumat verilib. Baş vermiş qətlin araşdırılması üçün Rusiya paytaxtından Azərbaycana mütəxəssislər dəvət edilib. Artıq Rusiya Hərbi Prokurorluğunun bir qrup əməkdaşı Qəbələyə gəlib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupu Rusiyalı mütəxəssislərin iştirakı ilə hadisə yerini müayinə edib və Qəbələ RLS-in şəxsi heyətinin dindirilməsinə başlayıb. Hazırda rusiyalı zabitlərin ifadələri alınır.

Xatırladaq ki, Ş. İmranovun rəhbərliyi ilə Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları da hazırda Qəbələ rayonundadırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR