Ötən ay Azərbaycan dövlət sərhədini pozan 24 nəfər saxlanıb

Ötən ay Azərbaycan dövlət sərhədini pozan 24 nəfər saxlanıb
# 11 yanvar 2011 12:03 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Tutulan sərhəd pozucularının 8 nəfəri Gürcüstan, 5 nəfəri Azərbaycan, 4 nəfəri Rusiya, 4 nəfəri Pakistan, 3 nəfəri isə İran vətəndaşı olub. Bundan başqa, DSX əməkdaşları tərəfindən 2011-ci ilin dekabr ayında axtarışda olan 103 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ay ərzində 26 halda 12 kq 861,7 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıqla mübarizə tədbirləri nəticəsində isə 109 halda ümumi dəyəri təqribən 338 734 manat olan qaçaqmal, o cümlədən 1 ədəd radiostansiya, 10 ədəd 16 mm çaplı patron, 950 qram barıt, 114 min metr tor, 800 ədəd qarmaq, 2 qayıq, 335 ədəd müxtəlif markalı mobil telefon, 12 min ədəd pirotexnik vasitə, çoxlu sayda mobil telefon aksesuarları, müxtəlif adda dərman preparatları, siqaretlər, digər sənaye və ərzaq malları aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR