Türkiyə Jandarma baş komandanı: “Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri yüksək səviyyədədir” - FOTOSESSİYA

Türkiyə Jandarma baş komandanı: “Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri yüksək səviyyədədir” - <font color=red>FOTOSESSİYA</font>
# 17 yanvar 2011 13:21 (UTC +04:00)
APA-nın xəbərinə görə, Necdət Özəl Türk Şəhidliyindəki xatirə kitabına ürək sözlərini yazıb.

Jandarma baş komandanı jurnalistlərə açıqlamasında deyib ki, bu, onun Azərbaycana ilk səfəridir: “Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələri hazırda yüksək səviyyədədir və biz bundan məmnunuq. Ümid edirik ki, əlaqələr daha da genişlənəcək”.

Qeyd edək ki, Türkiyə Jandarma baş komandanının səfər çərçivəsində daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Səfər Əbiyev, Daxili Qoşunların komandanı Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovla görüşü gözlənilir. Bundan başqa, nümayəndə heyəti Daxili Qoşunların hərbi hisslərinə, Qala Tədris Mərkəzinə baş çəkəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR