Azərbaycan snayperlərin hazırlanması üçün Rusiyadan təlim trenajorları və silahlar alıb

Azərbaycan snayperlərin hazırlanması üçün Rusiyadan təlim trenajorları və silahlar alıb
# 18 yanvar 2011 11:47 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov məlumat verib.

Generalın sözlərinə görə, artıq bu təlim sistemi Azərbaycana gətirilib və yaxın vaxtlarda KHVTİC-in Bakı şəhərindəki qərargahının inzibati binasında qurulacaq: “Bundan sonra Cəmiyyətimizin nəzdində snayper kursları fəaliyyətə başlayacaq. Atışlarda praktiki döyüş silahlarından SVD-7 tipli snayper və “Kalaşnikov” avtomat tüfəngindən istifadə olunacaq. Atışların qiymətləndirilməsi isə elektron formada aparılacaq”.

General N. Orucov onu da əlavə edib ki, snayper kursları ilk olaraq Bakı şəhərində təşkil olunacaq. Bu ilin may ayında açılacaq kurslarda məqsəd Silahlı Qüvvələr üçün sərrast atıcılar hazırlamaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR