Azərbaycanın müdafiə sənayesi naziri Çexiyaya gedir

Azərbaycanın müdafiə sənayesi naziri Çexiyaya gedir
# 19 yanvar 2011 13:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 20-dən 25-dək Çexiyada səfərdə olacaq. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər Çexiyanın Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə gerçəkləşəcək. Səfərdə məqsəd Çexiyanın hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrlə yaxından tanış olmaqdır.

Səfər çərçivəsində nazir Yavər Camalovun Çexiyanın bir sıra dövlət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR