Ermənilər Azərbaycanın mövqelərini atəşə tutub

Ermənilər Azərbaycanın mövqelərini atəşə tutub
# 28 yanvar 2011 07:40 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 27-də saat 17.12-dən 17.15-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Cəfərli kəndində yerləşən mövqelərini, saat 22.20-dən 22.23-dək Cəbrayıl rayonunun işğal olunmuş ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR