Azərbaycan- ABŞ İşçi Qrupunun iclası keçiriləcək

Azərbaycan- ABŞ İşçi Qrupunun iclası keçiriləcək
# 31 yanvar 2011 08:27 (UTC +04:00)
Bakı-APA. Azərbaycan-ABŞ İşçi Qrupunun iclası keçiriləcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iclas fevralın 7-də Garmiş (Almaniya) şəhərində baş tutacaq.
Azərbaycanla ABŞ arasında olan iş planına əsasən partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc kursu keçiriləcək. Tədbir San Antonio (ABŞ) şəhərində olacaq.

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən hərbi-siyasi danışıqlar
Bakıda keçiriləcək.
“AVKOM 2011” Cavabdehlik İnformasiya Təminatı üzrə konfrans fevralın 8-dən 11-dək Ştutqard (Almaniya) şəhərində gerçəkləşəcək.

FTP-dən əlavə olaraq, fevralın 9-da Terrorizm və Təhlükəsizlik Elmləri üzrə keçiriləcək proqram çərçivəsində təlimatçı qismində iştirak (Almaniyanın Garmiş şəhərində) olacaq.
Mülki – Hərbi Əməkdaşlıq Qərargahı üzrə kurs isə 14-18 fevral tarixlərində Almaniyanın Oberamerqau şəhərində keçiriləcək.
Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən
fevralın 14-25-də Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi kursu (Vişkov, Çex Respublikası) gerçəkləşəcək.
FTP-dən əlavə NATO Təliminin sinxronlaşma konfransı Estoniyanın
Tallin şəhərində olacaq.
FTP-dən əlavə olaraq, Assimetrik Təhdidlərdən Simulator Dəstəkli Müdafiə və idarə edilən dəniz raketləri kursu Türkiyənin Kocaeli şəhərində fevralın 7-dən 11-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR