Eldar Sabiroğlu: “Ermənistanın kütləvi informasiya vasitələrində yer alan yalan və uydurmalar bu ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir”

Eldar Sabiroğlu: “Ermənistanın kütləvi informasiya vasitələrində yer alan yalan və uydurmalar bu ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir”
# 22 fevral 2011 10:39 (UTC +04:00)
Onun sözlərinə görə, dünən və bu gün Ermənistan Silahlı Qüvvələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri isə yaralanıb: “Təmas xəttində yaratdığı gərgin vəziyyəti öz üzərindən yayındırmaq üçün düşmən qəsdən günahı Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir. Üstəlik, onsuz da bizim ücün son dərəcə üzücü olan əsgərlərimizin itkisini də şişirdilmiş formada təbliğ etməyə calışır. Guya ki, ölənlərdən başqa daha 6 nəfər ağır yaralı var. Bunlar tamamilə yalandır. Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birlikdə yaydıqları məlumatda hər şey olduğu kimi acıqlanıb. Düşmənin seçimi məlumdur, bunu nəyə hesabladığı da sirr deyil. Ermənistanın kütləvi informasiya vasitələrində bu yalanların və uydurmaların özünə geniş yer tapması məhz həmin ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir. Onlar əgər belə çürük toxumlarla nəyinsə cücərəcəyinə inanırlarsa, kökündən yanılırlar”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR