Azərbaycan prezidenti FHN Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib

Azərbaycan prezidenti FHN Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib
# 23 fevral 2011 12:01 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev Mülki Müdafiə Qoşunlarının “N” hərbi hissəsinə gəlib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub. Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev Ali Baş Komandana raport verib.
Dövlət başçısı əsgərləri salamlayıb. Sonra Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş bayrağını hərbi hissəyə təqdim edib, şəxsi heyəti bu münasibətlə təbrik edib.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısında çıxış edib. Prezident İlham Əliyev hərbi hissədə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR