«Colt Defence» şirkəti yeni piyada tüfəngini hərbi ictimaiyyətə təqdim edib

«Colt Defence» şirkəti yeni piyada tüfəngini hərbi ictimaiyyətə təqdim edib
# 26 fevral 2011 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, silah Abu-Dabi şəhərində keçirilən İDEX-2011 müdafiə sərgisində ilk dəfə nümayiş olunub.

CM901 markalı tüfəng şirkətin əvvəlki nəsil M4 və M16 karabinlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Şirkətin nümayəndələri APA-nın əməkdaşına bildiriblər ki, sərgiyə çıxarılan silah 7.62 mm çaplıdır. Lakin silahın daxili texnologiyalarında bir sıra fərqliliklər var. Çəkisi yüngül olmaqla yanaşı, bu silahdan eyni zamanda 5.56 mm çaplı güllələrlə də atəş açmaq mümkündür. Silah testlərdə M16, M4 və «Kalaşnikov» silahlarından üstün olduğunu sübuta yetirib.

«Hazırda bu silaha bütün dünyada maraq var. Xüsusilə də İraq və Əfqanıstan kimi ərazilərdə silah çox effektiv ola bilər», - deyə şirkətdən bildirilib.

CM901 tüfəngi ilə 700 metr məsafəyə dəqiq atəş açmaq mümkündür. Bir tüfəngin lüləsinin atış ömrü 15 min ədəd güllədir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR