ATƏT nümayəndələri ermənilərin 9 yaşlı uşağı snayperlə öldürməsindən şoka düşdüklərini bildiriblər

ATƏT nümayəndələri ermənilərin 9 yaşlı uşağı snayperlə öldürməsindən şoka düşdüklərini bildiriblər
# 10 mart 2011 10:46 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, onlar Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.

Görüşdən sonra jurnalistlərə açıqlama verən N. Sadıqov səhra köməkçilərinə qoşunların təmas xəttində atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulması, düşmənin son vaxtlar dinc əhalini hədəfə alması barədə məlumat verdiyini bildirib: “Martın 8-də ermənilərin snayperdən açdığı atəş nəticəsində 9 yaşlı Fariz Bədəlovun həlak olması barədə də onlara ətraflı məlumat verdim. Səhra köməkçiləri 9 yaşlı məktəblinin öldürülməsi xəbərini eşidəndə şoka düşdüklərini bildirdilər”.

İcra başçısı ATƏT nümayəndələri ilə təmas xəttində ümumi vəziyyəti müzakirə etdiklərini də söyləyib.

Görüşdən sonra səhra köməkçiləri 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunun vurulduğu ərazidə monitorinq keçirmək üçün Orta Qərvənd kəndinə yollanıblar.

Qeyd edək ki, bu gün, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Monitorinq zamanı heç bir insident qeydə alınmayıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə Antal Herdiç və Xristo Xristov keçiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR