Fikrət Demirtaş: “Azərbaycan Daxili Qoşunları və Türkiyə Jandarma Qüvvələri arasında əməkdaşlıq davam etdiriləcək və daha da genişlənəcək”

Fikrət Demirtaş: “Azərbaycan Daxili Qoşunları və Türkiyə Jandarma Qüvvələri arasında əməkdaşlıq davam etdiriləcək və daha da genişlənəcək”
# 11 mart 2011 07:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında F. Demirtaş iki ölkə arasında əlaqələrin yüksələn səviyyədə inkişaf etdiyini və burada qurumlararası münasibətlərin də önəmli yer tutduğunu deyib.

Azərbaycana Daxili Qoşunların komandanı Zakir Həsənovun dəvəti ilə gəldiyini deyən general Daxili Qoşunların yaranmasının 19-cu ildönümünə həsr olunan tədbirlərə qatılacağını bildirib.

F. Demirtaş görüşlərində Daxili Qoşunlar və Jandarma Qüvvələri arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparacaqlarını açıqlayıb: “Tərəfləri maraqlandıran sahələrdə əməkdaşlıq davam etdiriləcək və daha da genişlənəcək”.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində Azərbaycan və Türkiyə nümayəndələri arasında jurnalistlərin iştirakı olmadan görüş keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR