Azərbaycanın müdafiə sənayesi naziri ilə Ukraynanın müdafiə naziri arasında görüş keçirilib

Azərbaycanın müdafiə sənayesi naziri ilə Ukraynanın müdafiə naziri arasında görüş keçirilib
# 17 mart 2011 13:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Ukraynanın müdafiə naziri Mixail Yejelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyində keçirilmiş görüşdə ölkələr arasında müdafiə sənayesi sektorunda əməkdaşlıq məsələləri müzakirə olunub.

Y. Camalov Azərbaycan hərbi sənaye kompleksinin qurulmasında Ukraynanın mühüm rol oynadığını deyib. Azərbaycan və Ukrayna prezidentlərinin müdafiə sektorunda əməkdaşlığa xüsusi diqqət yetirdiklərini söyləyən Y. Camalov əməkdaşlığın genişləndirilməsi üçün perspektivlərin və yeni layihələrin olduğunu vurğulayıb.

M. Yejel isə Azərbaycan və Ukraynanın strateji tərəfdaş olduğunu xatırladaraq ölkəsinin Azərbaycanla bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığa böyük önəm verdiyini, bu sahədə bir çox layihələrin olduğunu bildirib. O, səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.

Görüşdə müdafiə sənayesi sahəsində tərəfləri maraqlandıran layihələr müzakirə edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR