Rusiya Xəzər dənizinə daha bir raket gəmisi daxil edib - FOTO

Rusiya Xəzər dənizinə daha bir raket gəmisi daxil edib - <font color=red>FOTO</font>
# 04 aprel 2011 12:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın Xəzər dəniz donanmasına daxil edəcəyi 11661K layihəli «Dağıstan» sinfli yeni raket kateri suya endirilib. APA-nın məlumatına görə, bu barədə gəmini inşa edən Zelenodolsk gəmiqayırma zavodu (Tatarıstan) məlumat yayıb.

Xəzər donanmasının flaqman gəmisi olan «Tatarıstan»la (2002-ci ildə istifadəyə verilib) müqayisədə «Dağıstan» daha müasir radiotexnika sistemləri və silahlara malikdir.

Yaxın günlərdə korvetin sistem və avadanlıqlarının sınaqları keçiriləcək. Korvet donanmanın tərkibinə bu ilin birinci yarısında daxil ediləcək.

«Dağıstan» sinfli korvetlər axtarış, aşkar etmə, hava, suüstü və sualtı hədəflərinin məhvi üçün nəzərdə tutulub. Gəmi 350 km hədəf uzaqlığına malik «Uran» universal raket kompleksi, hava hücumuna və qayığa qarşı müdafiə kompleksləri, radiolokasiya avadanlığı və torpedaları məhv etmək üçün xüsusi aparatlarla təchiz olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR