Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı xidmət etdiyi xüsusi təyinatlı bölmənin şəxsi heyətinin siyahısına salınacaq

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı xidmət etdiyi xüsusi təyinatlı bölmənin şəxsi heyətinin siyahısına salınacaq
# 05 aprel 2011 09:23 (UTC +04:00)
Daxili Qoşunların mətbuat xidmətinin rəisi Təranə Məmmədova APA-ya açıqlamasında bildirib ki, M. İbrahimovun adı onun əvvəllər xidmət etdiyi xüsusi təyinatlı bölmənin şəxsi heyətinin siyahısına salınacaq: “Bu, hərbçinin adının əbədiləşdirilməsi yönümündə atılan ən düzgün addımlardan biridir. Beləliklə, hər gün qəhrəmanın adı bir neçə dəfə şəxsi heyət qarşısında çəkiləcək və bu bölmədə xidmət edən əsgər və zabitlər Mübariz İbrahimov haqqında mütəmadi bilgi alacaqlar”.

T. Məmmədova deyib ki, bunun üçün daxili işlər naziri Ramil Usubovun müvafiq əmrin olmalıdır: “Artıq bununla bağlı iş gedir. Ümumiyyətlə isə milli qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə Daxili Qoşunlarda silsilə tədbirlər həyata keçirilir. Çünki Mübariz İbrahimov döyüşçü kimi bütün hərbi bilikləri Daxili Qoşunların xüsusi təyinatlı bölməsində əsgər kimi həqiqi hərbi xidmət keçdiyi zaman mənimsəyib”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR