Azərbaycanda snayper kursları fəaliyyətə başlayıb - FOTOSESSİYA

Azərbaycanda snayper kursları fəaliyyətə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 05 aprel 2011 09:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) snayper kursları fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, bu gün kursun açılışı olub.

KHVTİC Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib ki, kurslarda məqsəd ordu və güc strukturları üçün sərrast atıcılar - snayperlər hazırlamaqdır. Azərbaycanın müharibə şəraitində olduğuna diqqət çəkən general əlavə edib ki, kurslarda hazırlanacaq snayperlər düşmənlə döyüşə tam hazır gedəcəklər: «Burada snayperlərə maskalanma, digər silahlardan, topoqrafiyadan istifadə, əlbəyaxa döyüş kimi dərslərlə yanaşı, hüquq dərsləri də keçiləcək. Azərbaycan snayperi ermənilərdən onunla fərqlənir ki, dinc insanlara heç bir zaman güllə atmır».

İlk kursa 100-dən çox iddiaçıdan 24 gəncin (qızlar da daxil olmaqla) seçildiyini deyən general N. Orucov digər şəhərlərdə də analoji kursların açılmasının planlaşdırıldığını vurğulayıb. Orta məktəblərin yuxarı sinif şagirdləri üçün kurslar pulsuz, digər şəxslər üçünsə ödənişli olacaq.

General təlim kursu üçün atış simulyatorlarının və yeni tüfənglərin alındığını bildirib. Kurslarda hazırda Azərbaycan Ordusunda istifadə olunan SVD snayper tüfənglərinin müxtəlif modifikasiyalarından, müxtəlif tapançalardan, İsrail istehsalı olan «Tavor STAR-21» və UZİ silahlarından praktiki atışlar gerçəkləşdiriləcək. Bu silahlardan istifadə qaydaları öyrədiləcək. Müdavimlər, həmçinin, dünya ordularında geniş istifadə olunan snayper tüfəngləri barədə məlumatlandırılacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR