İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutub

İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 14 aprel 2011 06:53 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 13-də saat 08.30-dan 08.35-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 08.35-dən 08.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, aprelin 14-də saat 00.10-dan 00.16-dək və 01.10-dan 01.15-dək Füzuli rayonunun Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR