Türkiyənin “Roketsan” şirkəti ötən il Azərbaycana 244 milyon dollarlıq ixracat gerçəkləşdirib

Türkiyənin “Roketsan” şirkəti ötən il Azərbaycana 244 milyon dollarlıq ixracat gerçəkləşdirib
# 18 aprel 2011 11:04 (UTC +04:00)
Bu barədə APA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, Türkiyənin ən böyük raket və reaktiv döyüş sursatlarının istehsalçısı olan ROKETSAN şirkəti Azərbaycanla 244 milyon dollarlıq ixracat müqaviləsinin icrasını gerçəkləşdirib. «Otokar» şirkəti isə Azərbaycanla zirehli nəqliyyat vasitələrinin («Cobra» təkərli transportyorların və «Land Rover Defender» avtomobillərinin) ixracına dair 23 milyon dollar dəyərində müqavilə imzalayaraq icrasına başlayıb.

Bundan başqa, Türkiyənin dənizçilik sektorunda fəaliyyət göstərən «Dearsan» tərsanəsi Xəzəryanı ölkələrdən Türkmənistandan 120 milyon dollarlıq gəmi sifarişi alaraq işlərə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR