Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 20 aprel 2011 08:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Erdal Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. bu barədə APA-ya DSX-nın mətbuat mərkəzindən məlumat verilib.
Görüş zamanı Türkiyə nümayəndə heyətinə Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat verilib. E. Ceylanoğlu Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumatlandırılıb.
Görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi əməkdaşlıq vəziyyəti və perspektivləri müzakirə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR