Eldar Sabiroğlu: “ABŞ-Azərbaycan birgə hərbi təliminin təxirə salınmasına siyasi rəng verməyə lüzum görmürük”

Eldar Sabiroğlu: “ABŞ-Azərbaycan birgə hərbi təliminin təxirə salınmasına siyasi rəng verməyə lüzum görmürük”
# 22 aprel 2011 10:16 (UTC +04:00)
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ABŞ-Azərbaycan birgə hərbi təliminin təxirə salınmasının siyasi səbəblərlə bağlanması ilə bağlı APA-nın sualına cavab olaraq deyib.

E. Sabiroğlu Müdafiə Nazirliyinin siyasətlə məşğul olmadığını, qurumun təlimin müvəqqəti dayandırılmasına da konkret münasibətini bəyan etdiyini vurğulayıb: “Biz ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, digər istiqamətlər üzrə indi də əlaqələrimizi davam etdiririk”.

Qeyd edək ki, 15-25 may tarixlərində “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi. Təlimlər naməlum səbəblərdən qeyri-müəyyən vaxta təxirə salınıb. Müdafiə Nazirliyi yaxın zamanlarda təlimlərin keçiriləcəyi vaxt dəqiqləşəndən sonra bu barədə məlumat veriləcəyini açıqlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR