Azərbaycan Xorvatiyanın istehsalı olan minatəmizləmə maşınlarına maraq göstərir

Azərbaycan Xorvatiyanın istehsalı olan minatəmizləmə maşınlarına maraq göstərir
# 29 aprel 2011 10:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Xorvatiyanın “Dok İNG” şirkətinin istehsalı olan MV-10 tipli mexaniki minatəmizləmə maşınlarına maraq göstərir. Bu barədə APA-ya “Dok İNG” şirkətindən məlumat verilib.

Şirkətin satış və marketinq meneceri Damir Stimacın bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanla əməkdaşlıq edir. Hazırda Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarında şirkətin istehsalı olan 1 ədəd MV-4 tipli mexaniki minatəmizləmə maşını istifadə olunur: “Azərbaycandan daha çox funksiyaya malik və daha müasir MV-10 maşınlarına maraq var. Biz görüşlərimizdə bu sahədə əməkdaşlığı genişləndirmək üzərində müzakirələr aparırıq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR