Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub
# 12 may 2011 06:59 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 11-də saat 10.05-dən 10.10-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi, saat 19.30-dan 19.55-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR