Ermənistan Silahlı Qüvvələri Füzuli və Tərtər cəbhələrində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Füzuli və Tərtər cəbhələrində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 13 may 2011 06:45 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı qüvvələrinin bölmələri mayın 13-də saat 01.50-dən 02.15-dək, 02.20-dən 02.26-dək və 03.40-dan 03.45-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dən 02.30-dək və 04.55-dən 05.15-dək Tərtər rayonunun Çaylı, Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR