Rusiya Kosmik Qoşunlarının baş qərargahı: Avropa Raket Hücumundan Müdafiə Sisteminə inteqrasiya üçün ən uyğun obyekt Qəbələ RLS-dir

Rusiya Kosmik Qoşunlarının baş qərargahı: Avropa Raket Hücumundan Müdafiə Sisteminə inteqrasiya üçün ən uyğun obyekt Qəbələ RLS-dir
# 20 may 2011 11:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda yerləşən və Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsi olan Qəbələ radiolokasiya stansiyası Avropa Raket Hücumundan Müdafiə Sisteminə inteqrasiyanın bir həlqəsi ola bilər. APA-nın məlumatına görə, bu fikri Rusiya Silahlı Qüvvələri Kosmik Qoşunlarının qərargah rəisinin müavini, polkovnik İqor Morozov deyib. O bildirib ki, Avropa RHM-ə inteqrasiya üçün ən uyğun obyekt Qəbələ RLS-dir. Bu obyekt cənub istiqamətində 6 min kilometr kosmik məkanı nəzarətdə saxlayır.

Xatırladaq ki, Avropa Raket Hücumundan Müdafiə Sisteminin yaradılması barədə Rusiya və NATO arasında razılaşma ötən ilin noyabrında Lissabonda keçirilən NATO-Rusiya Şurasında əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR