Ermənilər Gədəbəy, Füzuli və Tərtər cəbhəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar

Ermənilər Gədəbəy, Füzuli və Tərtər cəbhəsində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar
# 24 may 2011 06:38 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 23-də saat 13.20-dən 13.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.40-dan 18.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.45-dən 19.50-dək və 21.50-dən 22.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR