Türkiyədə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Qurumunun təsis toplantısı keçiriləcək

Türkiyədə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Qurumunun təsis toplantısı keçiriləcək
# 26 may 2011 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyədə Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatları Qurumunun təsis toplantısı keçiriləcək. APA-nın Türkiyə Jandarma Baş Komandanlığına istinadən verdiyi məlumata görə, tədbirdə Avropa və Asiyanın bir çox ölkələrinin jandarma və sərhəd qurumlarının, həmçinin müvafiq təşkilatlarının rəhbərləri iştirak edəcək.

İyunun 7-dən 10-dək davam edəcək toplantıda Azərbaycanın da bir sıra qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının nümayəndə heyəti iştirak edəcək.

Tədbirdə Qurumun yaradılması, fəaliyyət istiqamətləri və s. müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR