General Zakir Həsənov Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berki qəbul edib

General Zakir Həsənov Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berki qəbul edib
# 31 may 2011 16:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Zakir Həsənov Bakıda səfərdə olan Türkiyə Quru Qoşunlarının Təlim və Doktrina Komandanı, ordu generalı Saldıray Berkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qurumlar arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi yollarına dair fikir mübadilələri aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR