İşğalçı Ermənistan Ordusu Gədəbəy və Füzuli cəbhəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub

İşğalçı Ermənistan Ordusu Gədəbəy və Füzuli cəbhəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
# 19 iyul 2011 06:47 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 18-də saat 17.15-dən 17.25-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və saat 23.15-dən 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli və Horadiz kəndləri ərazisində yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR