Azərbaycanda hərbi komissarın müavini barəsində cinayət işi başlanıb

Azərbaycanda hərbi komissarın müavini barəsində cinayət işi başlanıb
# 20 iyul 2011 14:45 (UTC +04:00)
Məlumata görə, Qəbələ rayon hərbi komissarının müavini, polkovnik-leytenant Şamil Teymurov çağırış yaşı çatmış, lakin xidmət üçün yararsız olan vətəndaşları hərbi xidmətə göndərməkdə günahlandırılır.

Respublika Hərbi Prokurorluğu tərəfindən Ş. Teymurova qarşı Cinayət Məcəlləsinin 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qəbələ rayon hərbi komissarı Aydın Namazov APA-ya açıqlamasında faktı təsdiqləyib. Lakin o, Ş. Teymurovun günahsız olduğunu deyib, ona qarşı irəli sürülən ittihamı əsassız adlandırıb: “Çağırışçıların hərbi xidmətə yararlı olub-olmadığını həkim müəyyən edir. Burda Şamil Teymurovun heç bir günahı yoxdur”.

Qeyd edək ki, 2011-ci ilin yanvarın 27-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlardan sonra Respublika Hərbi Prokurorluğu bir sıra Hərbi Komissarlıqlarda yoxlamalar aparıb. Bir müddət əvvəl Bakının Binəqədi və Suraxanı rayonlarının, habelə Sumqayıt, Gəncə Şəhər və Füzuli Rayon Hərbi Komissarlıqlarında da korrupsiya faktları aşkar edilib. Bir neçə rayonun hərbi komissarı və komissarlıq işçiləri həbs ediliblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR