Azərbaycanda üçüncü snayper kursuna start verilib

Azərbaycanda üçüncü snayper kursuna start verilib
# 08 avqust 2011 10:23 (UTC +04:00)
Bu barədə APA-ya KHVTİC-in mətbuat xidmətinin rəhbəri Valid Qardaşlı məlumat verib.

Kursda 30-a yaxın şəxs iştirak edir. Onların arasında gənclərlə yanaşı yaşlı şəxslər də var. Kurslar 18 yaşa qədər şəxslər üçün pulsuz, hərbi xidməti başa vurmuş şəxslər üçünsə ödənişlidir.

V. Qardaşlının sözlərinə görə, snayper kursunun ən gənc iştirakçısının 15 yaşı var. Sonuncu da daxil olmaqla keçirilmiş 3 kursun ən yaşlı iştirakçısı 45 yaşında olub.

Kurslarda iştirakçılara Azərbaycan, bölgə və dünya ordularında istifadə olunan snayper tüfəngləri barədə anlayışlar verilir. Silahların istifadə texnikaları, snayperlərin maskalanması, mövqe seçimi, müxtəlif əməliyyatlarda iştirak metodları, yaxın məsafəli döyüş üsulları öyrədilir.

Qeyd edək ki, KHVTİC-in snayper kursları bu ilin aprel ayında başlayıb. Gənclər arasında snayper kursları regionda ilk dəfə olaraq Azərbaycanda təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR