Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub
# 10 avqust 2011 06:52 (UTC +04:00)
Bakı-APA. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 9-da saat 08.00-dan 08.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 08.47-dən 08.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.20-dən 13.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 10-da saat 01.45-dən 01.50-dək, 02.05-dən 02.10-dək və 05.38-dən 05.45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR