Ermənilər Azərbaycanın mövqelərini atəşə tutublar

Ermənilər Azərbaycanın mövqelərini atəşə tutublar
# 15 avqust 2011 07:16 (UTC +04:00)
Bakı-APA. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 14-də saat 09.20-dən 09.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 13.30-dan 13.40-dək və 21.45-dən 22.00-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərini, saat 23.50-dən 00.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR