General Lənkəran Əliyev: “Qardaşım oğlu Vətən uğrunda şəhid olub, bununla yalnız qürur duya bilərik” - EKSKLÜZİV

General Lənkəran Əliyev: “Qardaşım oğlu Vətən uğrunda şəhid olub, bununla yalnız qürur duya bilərik” - <font color=red>EKSKLÜZİV</font>
# 03 noyabr 2011 09:02 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev deyib.

O, qardaşı oğlunun Vətən uğrunda şəhid olduğunu bildirib: “Bildiyimə görə, Emin özünü qabağa verərək, əsgərlərini qoruyub. Bu zaman düşmənin snayper gülləsinə tuş gəlib, Vətən uğrunda şəhid olub. Bununla yalnız qürur duya bilərik”.

Qeyd edək ki, noyabrın 2-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun leytenantı, 1986-cı il təvəllüdlü Əliyev Emin Elmar oğlu şəhid olub.

E. Əliyev general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR