Azərbaycan dünyada 2005-2010-cu illərdə Rusiya, Ukrayna və Belarusdan ən çox tank alan ikinci ölkə olub - ARAŞDIRMA

Azərbaycan dünyada 2005-2010-cu illərdə Rusiya, Ukrayna və Belarusdan ən çox tank alan ikinci ölkə olub - <font color=red>ARAŞDIRMA</font>
# 25 noyabr 2011 12:29 (UTC +04:00)
APA-nın BMT-nin Adi Silahların Registrinə təqdim olunmuş məlumatlar əsasında apardığı araşdırmaya görə, hesabat dövründə Ukrayna 531, Rusiya 428, Belarus isə 149 tank ixrac edib.

Modellər üzrə təsnifata gəlincə, ixracatda üstünlüyü T-72 tankı (T-72M1 modifikasiyası da daxil olmaqla) təşkil edib. Ümumilikdə açıqlanmış sənədlərə görə, 2005-2010-cu illərdə Ukrayna və Belarus tərəfindən 485 ədəd T-72 tankının ixracı gerçəkləşdirilib. Öz növbəsində, bunun 60 ədədini T-72M1 tankları təşkil edib. Rusiya isə modellər barədə məlumatları açıqlamadan ixrac etdiyi tankların ümumi sayını göstərib.

Satış siyahısında sayına görə, ikinci yerdə artıq bir sıra dövlətlərin silahlanmadan çıxardığı T-55 tankları dayanır. Ötən 5 ildə Ukrayna və Belarus birlikdə 128 ədəd T-55 tankını ixrac edib. Bu tankları adıçəkilən dövlətlərdən əsasən Afrika ölkələri alıb.

Siyahıda bundan başqa, 66 ədəd T-80 və 1 ədəd T-80BV modifikasiyalı tank da yer alır.

İxracatla bağlı ümumi rəqəmləri təqdim edən Rusiya satdığı tankların modelləri barədə bilgiləri açıqlamasa da, mətbuatda yer alan məlumatlara görə, bu ölkə əsas ağırlığı T-90, T-72 və T-55 tanklarına verib. Xüsusilə, bu ölkənin əsas tank alıcısı olan Hindistana satdığı tankların önəmli qismini (72%-ə qədərini) T-90 tankları tutub.

Regionlar üzrə ixracatın 46,3%-i (512 tank) Afrika, 40,8%-i (451 tank) Asiya, 10,5%-i (117 tank) Amerika, 2,4% -i (27 tank) isə Avropa regionun payına düşür.

Hesabat dövründə adıçəkilən ölkələrdən ən çox tank alan ölkə Əlcəzair olub. Bu dövlət son 5 ildə Rusiya və Ukraynadan ümumilikdə 206 tank (ümumi satışın 18,6%-i) alıb. Siyahıda ikinci yerdə 164 tankla (ümumi satışın 14,8%-i) Azərbaycan, üçüncü yerdə isə 124 tank (11,2%) satın alınması ilə Hindistan gəlir. Bu üç ölkənin payı ümumi tank alınmalarında 44,5% təşkil edib.

2005-2010-cu illərdə Rusiya, Ukrayna və Belarusun tank ixracatı aşağıdakı kimi olub:

Ölkə

T-55

T-72

T-80

T-90

Cəmi

Əlcəzair  

 

21 

 

 

206 

Azərbaycan 

 

164 

 

 

164 

Hindistan 

 

 

 

124 

124 

Konqo 

20 

100 

 

 

120 

ABŞ 

55 

61 

 

117 

Keniya  

 

110 

 

 

110 

Gürcüstan 

 

91 

 

 

91 

Yəmən 

 

 

66 

 

66 

Uqanda 

23 

 

 

 

46 

10 

Sudan  

30 

 

 

 

30 

11 

Kipr

 

 

 

27 

27 

12 

Türkmənistan  

 

 

 

 

13 

Koreya  

 

 

 

 



Ötən dövrdə Ukraynanın ixrac etdiyi 531 tankın 425-i T-72 (o cümlədən 60 ədəd T-72M1), 105-i T-55, 1-i T-80BK olub. Ukraynadan əsas tank idxalçıları Konqo (120), ABŞ (117), Keniya (110) və Gürcüstan (91) olub.

Belarusun ixracatında 66 ədəd T-80, 60 ədəd T-72, 23 ədəd T-55 tankı yer alıb. Belarusun əsas alıcıları Yəmən (66) və Azərbaycandır (60).

Rusiyanın əsas alıcıları qismində isə Əlcəzair (185), Hindistan (124) və Azərbaycan (62) çıxış edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR