Müdafiə Nazirliyi: Ermənilərin Azərbaycan Ordusunun 7 əsgərini öldürdükləri barədə yaydıqları məlumatlar dezinformasiyadır

Müdafiə Nazirliyi: Ermənilərin Azərbaycan Ordusunun 7 əsgərini öldürdükləri barədə yaydıqları məlumatlar dezinformasiyadır
# 28 noyabr 2011 08:07 (UTC +04:00)
Bakı - APA. “Ermənistan tərəfinin Azərbaycan Ordusunun 7 əsgərinin həlak olması barədə yaydığı məlumatlar dezinformasiyadır”. Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev deyib.

Nazirlik əməkdaşı son həftələrdə Azərbaycan Ordusunun 1 əsgərinin şəhid olduğunu bildirib: “Hadisə noyabrın 26-da baş verib və bu barədə dərhal mətbuat məlumatlandırılıb. Ermənilər son günlər verdikləri döyüş və qeyri-döyüş itkilərini sığortalamaqdan ötrü dezinformasiya yaymaqdan başqa çarə tapmırlar”.

Qeyd edək ki, erməni mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi”nə istinadən noyabrın 19-20-də iki erməni əsgərin öldürməsinə cavab olaraq görülən cəza tədbirləri nəticəsində Azərbaycan Ordusunun son günlərdə 7 itki verdiyi barədə məlumat yayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR