Türkiyənin müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana gələcək

Türkiyənin müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana gələcək
# 14 mart 2012 08:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən bir qrup şirkətin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi İstehsalçıları Birliyindən (SASAD) məlumat verilib.

Heyətdə müdafiə sənayesinin müxtəlif sektorlarını – silah, rabitə vasitələri, optik sistemlər, elektronika, proqramlaşdırma və s. təmsil edən şirkətlər yer alacaq.

Səfər çərçivəsində türk şirkətləri öz imkanları və məhsulları barədə Azərbaycanın güc strukturlarına təqdimatlar keçirəcək, əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR