Rusiya Müdafiə Nazirliyinin rəsmisi: “Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsinin müzakirəsi dövlətlərarası səviyyədə davam etdirilir”

Rusiya Müdafiə Nazirliyinin rəsmisi: “Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsinin müzakirəsi dövlətlərarası səviyyədə davam etdirilir”
# 01 iyun 2012 11:47 (UTC +04:00)
İllik əməkdaşlıq planları əsasında iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq bu sənədlərə uyğun şəkildə həyata keçirilir”. Bu fikirləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq Baş İdarəsinin rəisi, polkovnik Aleksandr Kşimovski söyləyib.

Onun sözlərinə görə, imzalanmış sənədlərdə Rusiya və Azərbaycanın müdafiə strukturlarının rəhbərləri səviyyəsində mütəmadi əlaqələrin saxlanması, qarşılıqlı maraq doğuran hərbi və hərbi texniki sahəyə dair məsələlərin müzakirəsi üçün nümayəndə heyətləri mübadiləsi, həmçinin hərbi-elmi istiqamətli müxtəlif birgə tədbirlərdə iştirak nəzərdə tutulur.

“Bundan başqa iki ölkənin Müdafiə nazirlikləri arasında 2000-ci il dekabrın 25-də əldə olunmuş razılaşmaya əsasən, Rusiyanın hərbi təhsil müəssisələrində azərbaycanlı hərbçilərin hazırlığı həyata keçirilir. Onların təhsil və saxlanma xərcləri Rusiya Federasiyasının federal büdcəsi hesabına ödənilir. 2011-2012-ci tədris ilində Azərbaycan Silahlı Qüvvələrinin 40 kursantı bu cür hazırlığa cəlb olunublar”.

Aleksandr Kşimovski açıqlamasında Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin artırılması ilə bağlı məsələyə də toxunub: “Qəbələ radiolokasiya stansiyasının icarə müddətinin uzadılması məsələsinin müzakirəsi dövlətlərarası səviyyədə davam etdirilir. Rusiya və Azərbaycan nümayəndə heyətləri arasında danışıqlar başa çatmadığına görə, Qəbələ RLS-lə bağlı məsələyə münasibət bildirməyi məqsədə müvafiq saymıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR