Ötən ay Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi 146 dəfə pozulub

Ötən ay Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi 146 dəfə pozulub
# 04 iyun 2012 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Cari ilin may ayında cəbhə xəttində atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən 146 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, baş vermiş hadisələr nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi yaralanıb.

Atəşkəsin ən çox pozulması cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Qeyd olunan istiqamətdə Ermənistan ordusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və yaşayış məntəqələri 32 dəfə atəşə məruz qalıb.

Atəşkəsin pozulma sayına görə, Qarabağ cəbhəsində sonrakı yerlərdə Tərtər (25), Ağdam (21) və Xocavənd (18), Goranboy (10) və Cəbrayıl (4) rayonları gəlir.

May ayında dövlət sərhədində də Ermənistan ordusunun fəallaşması müşahidə edilib. Belə ki, ötən ay Ermənistan ordusunun bölmələri tərəfindən Qazax rayonu istiqamətində atəşkəs rejimi 15, Tovuz rayonu istiqamətində 12, Gədəbəy rayonu istiqamətində 6, Daşkəsən rayonu istiqamətində isə 3 dəfə pozulub.

Ümumilikdə, 2012-ci ilin ilk 5 ayında (yanvar-may ayları) cəbhə xəttində atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən 568 dəfə pozulub. Cari il ərzində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 6 hərbçi və bir mülki sakin atəşkəsin pozulması nəticəsində yaralanıb, 1 hərbçi isə şəhid olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR