Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlu Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlu Azərbaycana rəsmi səfərə gəlib
# 05 iyun 2012 10:29 (UTC +04:00)
APA-nın məlumatına görə, general H. Kıvrıkoğlunun səfəri Azərbaycanın müdafiə nazirinin dəvəti ilə gerçəkləşib.

İyunun 8-dək davam edəcək səfər çərçivəsində H. Kıvrıkoğlunun başçılıq etdiyi heyət Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Daha sonra heyətin Müdafiə Nazirliyində müdafiə naziri Səfər Əbiyev, dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, bu, general H. Kıvrıkoğlunun Quru Qoşunları komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR