DSX-nin Mərdəkandakı xüsusi məktəbində «Sərhəd» hərbi-idman oyununun final mərhələsi keçirilib

DSX-nin Mərdəkandakı xüsusi məktəbində «Sərhəd» hərbi-idman oyununun final mərhələsi keçirilib
# 05 iyun 2012 12:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində «Sərhəd» hərbi-idman oyununun final mərhələsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə DSX-nin, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev bildirib ki, DSX sərhədlərin toxunulmazlığı, beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır. Eyni zamanda gənclərin Vətənə, tarixə, mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında “Sərhəd” hərbi-idman oyunları xüsusi yer tutur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında bu tip tədbirlərin gənc nəslin tərbiyə edilməsində böyük rol oynadığını vurğulayıb.

Tədbirdə qeyd olunub ki, «Sərhəd» idman oyununda 28 sərhədyanı rayonun 202 ümumtəhsil məktəbinin 1000-dən çox şagirdi iştirak edib. Final mərhələsi iyunun 12-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR