Türkiyə Quru Qoşunlarının komandanı Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Türkiyə Quru Qoşunlarının komandanı Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
# 06 iyun 2012 08:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda səfərdə olan Türkiyənin Quru Qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, general jurnalistlərə açıqlamasında Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu söyləyib. Ötən gün cəbhədə baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyən qonaq, tezliklə Dağlıq Qarabağ probleminin həllini arzu etdiklərini deyib. Daha sonra nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyində görüşlərə başlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR